Hər kəs itirərkən o qazandı
Far.Az xəbər saytı

Hər kəs itirərkən o qazandı


ABŞ-nin əlavə gömrük vergiləri qərarının bazarlarda çöküşə səbəb olduğu bir dövrdə, əksər milyarderlər böyük maliyyə itkiləri ilə üzləşdi. Lakin dünyaca məşhur amerikalı investor Warren Buffett bu böhrandan da qazanan tərəf oldu. Aylar əvvəl likvid vəsaitə keçməsi ilə diqqət çəkən Buffett sərvətinə bu dövrdə 9 faiz əlavə etdi.

BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Buffett-in sahibi olduğu Berkshire Hathaway şirkəti, maliyyə bazarlarında yaşanan dərin itkilərə baxmayaraq, bu il hələ də 8 faiz artım göstərərək S&P 500 indeksindən daha yaxşı nəticə əldə edib. Şirkətin B kateqoriyalı səhmləri ötən həftə 6,2 faiz azalsa da, bu, S&P 500-dəki 9,1 faiz və Nasdaq indeksindəki 10 faizlik enişdən daha az olub.

Evercore ISI-nin texniki analiz rəhbəri Rich Ross-un fikrincə, Berkshire Hathaway S&P 500 indeksində 200 günlük hərəkətli ortalama səviyyəsinin üzərində qalan yeganə "ilk 10-luq" şirkətdir.

Buffett-in nəhəng sığorta və investisiya imperiyası, Trampın başladığı ticarət müharibəsinin yaratdığı qeyri-müəyyən iqtisadi mühitdə, 2024-cü ilin sonunda 334 milyard dollarlıq nağd vəsaiti ilə investorlar üçün güvənli liman olaraq qalır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan bank sektorunun likvid aktivləri bu il 5 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər