ABŞ-də təyyarə uçuş-enmə zolağında sürüşərək suya düşdü: 5 yaralı
Far.Az xəbər saytı

ABŞ-də təyyarə uçuş-enmə zolağında sürüşərək suya düşdü: 5 yaralı


ABŞ-nin Oreqon ştatında kiçik tipli təyyarənin uçuş-enmə zolağından sürüşərək suya düşməsi nəticəsində 5 nəfər xəsarət alıb.

BAKU.WS Southwest Oregon Regional Hava Limanı hadisə ilə bağlı sosial şəbəkə üzərindən açıqlama yayıb. Bildirilib ki, 2019-cu il istehsalı olan "HA-420" tipli təyyarə səhər saatlarında Oreqon ştatından Yutaha uçmaq üçün hazırlaşarkən nəzarətdən çıxaraq uçuş-enmə zolağından sürüşüb və suya düşüb.

Təyyarə sonradan sudan çıxarılıb. Qəzada xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Azərbaycandan bu ay xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər