Anasından danışan Özcan Deniz: "Bayramda ona zəng etmədim!"
Far.Az xəbər saytı

Anasından danışan Özcan Deniz: "Bayramda ona zəng etmədim!"


Son zamanlar ailəsi ilə yaşadığı problemlərlə gündəmə gələn müğənni Özcan Deniz ilk dəfə anasından danışıb. 

BAKU.WS xəbər verir ki, ayaqüstü jurnalistlərin suallarını cavablayan sənətçi bayramda anası Kadriyeni təbrik etmədiyini açıqlayıb. 

52 yaşlı sənətçi "Xeyr, bayramda ona zəng etmədim, təşəkkür edirəm" - deyə bildirib.

Xatırladaq ki, qardaşı Ercan Denizin ağır ittihamları ilə üz-üzə qalan sənətçi onun barəsində xoşa gəlməz ifadələr işlətmişdi. 

"Qorxutmaqla, ölümlə hədələməklə bütün pis işlərin hesabını məndən almağa çalışırsan. Ailəmizi darmadağın etdin. Nədəndir bu qəzəbin anlamaq mümkün deyil! Naekotik maddələr qəbul etmisən, dayanmadan içki  içirsən, başın qarışıqdır. Pulu sevirsən. Hər kəsin çörəyi ilə oynayırsan. Durmadın, durmursun, durmayacaqsan. 30 ildir hamı səni mənə şikayət edir. Mən sənin kimi səni satmadım. Sənin bu qədər "xaraktersiz" ola biləcəyini gözləmirdim. Mən sənə layiq olmadığın şeyləri çox vernişəm. Lakin sən hər dəfə daha çox şey istədin. Mənə xəyanət etdin. Məni satdın" - deyə Özcan Deniz bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Özcan Denizi ölüm təhdidlərinə məruz qoyan səs yazıları ortaya çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər