Bu şəxslər İnstagram-da canlı aça BİLMƏYƏCƏK
Far.Az xəbər saytı

Bu şəxslər İnstagram-da canlı aça BİLMƏYƏCƏK


Meta Instagram-da 16 yaşdan kiçik istifadəçilərin valideyn icazəsi olmadan canlı yayım etməsinə qadağa qoyur.

Far.Az trt haber-ə istinadən xəbər verir ki, eyni zamanda, mesajlarda çılpaqlıq ehtiva edən görüntülərin bulanıqlığını aradan qaldırmaq üçün də valideyn razılığı tələb olunacaq.

Bu məhdudiyyətlər Meta-nın "yeniyetmə hesabları" sistemini Facebook və Messenger platformalarına da tətbiq etməsi ilə eyni vaxtda elan olunub. Yeni qaydalar ilkin olaraq ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada qüvvəyə minəcək.

Meta, bu addımla valideyn nəzarətini gücləndirməyi hədəflədiyini bildirib.

Oxşar xəbərlər

Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər