Dominikan Respublikasında əyləncə məkanında faciə: Ölənlərin sayı 79-a çatdı
Karib dənizi ölkəsi Dominikan Respublikasında yerləşən məşhur "Jet Set" əyləncə məkanında baş verən çöküntü nəticəsində həyatını itirənlərin sayı 79-a yüksəlib.
BAKU.WS xəbər verir ki, CNN-in xəbərinə görə, ölkənin paytaxtı Santo Domingoda yerləşən və o an içərisində təxminən 300 nəfərin olduğu əyləncə mərkəzinin damı qəfildən çöküb. Acil Durum Operasyon Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendez bildirib ki, dağıntılar altında qalan 79 nəfər həyatını itirib. Təxminən 160 nəfər isə yaralı şəkildə xəstəxanalara çatdırılıb.
Faciənin yaşandığı bölgədə müvəqqəti morq və qanvermə məntəqəsi yaradılıb. Mendez insanların kömək üçün fəryad etdiyini bildirib və əlavə edib: "Ümid olduqca, bütün aidiyyəti qurumlar bu insanları xilas etməyə çalışacaq."
Həlak olanlar arasında ABŞ Beyzbol Liqasının (MLB) keçmiş oyunçusu Octavio Dotelin də olduğu bildirilib. Hadisə zamanı məşhur sənətçi Rubby Perez və orkestri səhnədə çıxış edirmiş.
Gün doğduqdan sonra havadan çəkilən görüntülərdə binanın ortasında böyük bir boşluğun yarandığı görünür. Çöküntünün səbəbi ilə bağlı araşdırma aparılır.
Dominikan Respublikasının Prezidenti Luis Abinader hadisə ilə bağlı verdiyi açıqlamada ölkədə üç günlük matəm elan etdiyini bildirib. Abinader faciənin baş verdiyi məkana gələrək araşdırma aparıb və yaşananlardan dərin kədər hissi keçirdiyini bildirib: "Bütün xilasedici qurumlar zəruri yardımı göstərib və fasiləsiz şəkildə çalışırlar."
Qeyd edək ki, "Jet Set" əyləncə məkanı bazar ertəsi gecələri keçirilən tədbirlərlə ölkənin ən məşhur məkanlarından biri hesab olunurdu.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













