Yunanıstanda işçi və məmurlar 24 saatlıq tətilə çıxdı
Far.Az xəbər saytı

Yunanıstanda işçi və məmurlar 24 saatlıq tətilə çıxdı


Yunanıstanda işçilər və dövlət qulluqçuları hökumətin bahalaşmaya qarşı tədbir görməsi tələbi ilə 24 saatlıq tətil elan ediblər.

Far.Az haber global-a istinadən xəbər verir ki, tətilə ölkənin iki əsas həmkarlar ittifaqı – İşçi Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) və Dövlət Qulluqçuları Həmkarlar İttifaqı Konfederasiyası (ADEDY) çağırış edib. Eyni zamanda Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı PAME həmkarlar ittifaqı da aksiyaya dəstək verib.

Tətil nəticəsində paytaxt Afina da daxil olmaqla bir çox şəhərdə ictimai nəqliyyat iflic olub. Dəmiryolu və dəniz nəqliyyatı tamamilə dayandırılıb, qatar reysləri ləğv edilib, gəmilər limanlarda dayanıb. Hava limanlarında da uçuşlar təxirə salınıb.

Aksiya çərçivəsində Afinada yürüş keçirilib. Minlərlə işçi və məmur parlament binasının önünə toplaşaraq hökumətdən maaşların artırılması və bahalaşmaya qarşı təcili tədbirlərin görülməsini tələb edib.

Etirazçılar arasında pensiyaçıların da sayı çox olub. Onlar 2009-cu ildə iqtisadi böhran zamanı ləğv edilən 13-cü və 14-cü maaşların yenidən bərpa olunmasını istəyiblər.

Aksiyada eyni zamanda İsrailin hücumlarına qarşı Fələstinə dəstək ifadə edilib və Fələstin bayraqları qaldırılıb.

Benzer etiraz aksiyaları Saloniki başda olmaqla ölkənin digər şəhərlərində də keçirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər