Misir piramidalarında naməlum sivilizasiyanın izlərinə dair sübutlar üzə çıxıb
Misirşünaslar və elm adamları növbəti dəfə Giza piramidaları altında yeraltı şəhərin mövcudluğu fərziyyəsini müzakirə edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nəzəriyyəni İtaliya və Şotlandiyadan olan bir qrup elm adamına rəhbərlik edən tədqiqatçı Armando Mey səsləndirib.
Onlar iddia edirlər ki, radarların köməyi ilə piramidaların altında yeraltı tikili aşkarlaya biliblər. Mey Cheops piramidasının bloklarında su eroziyasının izlərinə işarə edərək, "fiziki sübut" adlandırdığı şeyi də təqdim edib.
Tədqiqatçılar bu quruluşun təxminən 12 min il əvvəl daşqın nəticəsində məhv edilmiş sivilizasiyaya aid olduğunu düşünürlər. Alimlərin fikrincə, kataklizm asteroidlə toqquşma nəticəsində baş vermiş və yerin su altında qalmasına səbəb ola bilərdi.
Mey qədim Misir mətnlərinə, xüsusən də ölülər şəhərindəki 14 yaşayış yerindən bəhs edən Ölülər Kitabına istinad edib. Bu, miflərdə danışılan əfsanəvi "Rekordlar Zalı" ilə bağlı ola bilər.
Eyni zamanda misirşünas Zahi Havass və professor Lourens Konyers kimi ekspertlər bu nəzəriyyəni təkzib edərək bildiriblər ki, müşahidə olunan eroziya əlamətləri təbii aşınmanın nəticəsidir, nəinki daşqın izləri.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
"Elmi Nəşrlər" Azərbaycanda: əməkdaşlığın genişləndirilməsi və alimlərin dəstəyi
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













