Dünyanın ən nifrət edilən ölkələrinin adı açıqlanıb
Far.Az xəbər saytı

Dünyanın ən nifrət edilən ölkələrinin adı açıqlanıb


Dünyanın ən nifrət edilən ölkələri siyahısına Çin başçılıq edir.

BAKU.WS xəbər verir ki, bu barədə "Newsweek" nəşri 2025-ci il üçün "World Population Review"nin araşdırmasına istinadən məlumat yayıb.

İcmalda Çinin "avtoritar rejimi" ilə bağlı ictimaiyyətin mənfi rəyinin bir çox səbəbi göstərilib, ölkənin ətraf mühitin çirkləndirməsi bu səbəblərdəb biridir.

ABŞ

İkinci yerdə ABŞ qərarlaşıb.

"Birləşmiş Ştatlara qarşı düşmənçiliyin əsas səbəbi, ölkənin beynəlxalq hadisələrə ABŞ-ın xeyrinə təsir edəcək şəkildə təsir etmək cəhdində həddindən artıq aşmaq meylidir", - deyə "World Population Review" bildirib.

Araşdırmaya görə, ABŞ-a qarşı mənfi münasibət Amerikanın müstəsnalıq hissi və odlu silah və fast food sevgisindən qaynaqlanır.      

Rusiya

Rusiya üçüncü yerdədir. Rusiyaya qarşı nifrətin səbəbləri arasında Ukraynadakı münaqişə, həmçinin ölkədəki "demokratiyanın məhdudlaşdırılması" var.

İlk 10-luğa Şimali Koreya, İsrail, Pakistan, İran, İraq, Suriya və Hindistan da daxil olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Niyə "fast food"u yedikcə yemək istəyirik? - Həkim açıqladı
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər