Ata və oğul yüzdən çox restoranda dələduzluq edib
Avropada ata və oğulun üç il ərzində yüzə yaxın restoranda ödəniş etmədən yemək yediyi məlum olub. Onlar bahalı yeməklər sifariş edib, ödəniş zamanı isə müxtəlif bəhanələrlə restorandan yayınaraq aradan çıxıblar.
BAKU.WS xəbər verir ki, dələduzlar internet vasitəsilə kiçik və ailəvi restoranları seçir, belə yerlərdə sahiblərin hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyinə ümid edirdilər.
Ödəniş zamanı ata kredit kartının "işləmədiyini" bildirir, oğul isə bankomata getmək bəhanəsi ilə çıxır və geri qayıtdıqda pul tapa bilmədiyini deyirdi. Ata isə şəxsiyyət vəsiqəsini girov qoyaraq sabah pul gətirəcəyini söyləyirdi, lakin heç vaxt qayıtmırdılar.
Bir restoran sahibinin sosial şəbəkədə paylaşımı digər sahibkarların da eyni şəxslərlə qarşılaşdığını üzə çıxardı. Məlum oldu ki, ata və oğul onlarca şəhərdə eyni sxemlə hərəkət ediblər.
2025-ci ilin aprelində dələduzlar polis tərəfindən saxlanılıb. Ata yüzdən çox hadisəni etiraf edib. Oğul da onların uzun müddət bu yolla yaşadıqlarını təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













