Primorskda baş verən partlayışda iki nəfər xəsarət alıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Primorskda baş verən partlayışda iki nəfər xəsarət alıb - YENİLƏNİB


Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində pəncərə istehsalı sexində və qonşu anbarda baş verən yanğın və partlayış zamanı iki nəfər xəsarət alıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə regionun Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanıq xəsarətləri almış işçilər şəhər xəstəxanasına yerləşdiriliblər.

***09:51

Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində güclü partlayış baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 12-də səhər saatlarında yerli anbarlardan birində baş verib.

"İlkin məlumata görə, hadisə köhnə və nasaz soyuducunun partlaması nəticəsində baş verib", - məlumatda qeyd olunub.

Jurnalistlərin bildirdiyinə görə, partlayışdan sonra anbarda yanğın başlayıb. Fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları artıq hadisə yerinə gəliblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər