MSK qəzada həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı müzakirə edəcək
Mərkəzi Seçki Komissiyası (MSK) qəzada həlak olan deputatlığa namizəd Nəsiman Yaqublu haqqında qərarı sabah müzakirə edəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq, N.Yaqublunun namizədliyinin qeydə alındığı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən məlumat verilib.
Bildirilib ki, sabah MSK-nın iclasında seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı qərar qəbul olunacaq. Bundan sonra isə dairə seçki komissiyasına atılacaq addımlar haqqında müvafiq tapşırıq veriləcək.
Xatırladaq ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman qəzaya düşüb. N.Yaqublu bu gün Bakıda dəfn edilib.
BAKU.WSOxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Nəsiman Yaqublu ilə vida mərasimi keçirilib - YENİLƏNİB
Nəsiman Yaqublu Zabratda dəfn olunacaq
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb - FOTO
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol













