Dünyanın ən çoxsaylı ordusu: ABŞ, Çin və Rusiya ilk üçlükdə deyil
Far.Az xəbər saytı

Dünyanın ən çoxsaylı ordusu: ABŞ, Çin və Rusiya ilk üçlükdə deyil


Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üçün açıqladığı hesabatda dünyanın ən çoxsaylı ordularına malik ölkələrin siyahısı təqdim olunub.

BAKU.WS xəbər verir ki, siyahıya 7,5 milyon əsgərlə Şimali Koreya liderlik edir. ABŞ, Çin və Rusiya isə ilk üçlükdə yer almaması ilə diqqət çəkib.

Siyahının zirvəsində 7 milyon 500 min hərbçi ilə Şimali Koreya dayanır. Onu 6,6 milyon hərbçi ilə Cənubi Koreya və 5,4 milyon əsgərlə Vyetnam izləyir. Dördüncü yerdə Hindistan (4,2 milyon), beşinci yerdə isə Rusiya (3,2 milyon) qərarlaşıb. Çin 3,04 milyon hərbçi ilə altıncı sırada yer alır.

Dünyanın ən böyük hərbi büdcəsinə malik ölkəsi olan ABŞ yalnız 2,1 milyon əsgərlə 9-cu yerdə qərarlaşıb. Bu isə müasir döyüş anlayışında saydan çox texnologiya və peşəkar qüvvələrin ön planda olduğunu göstərir. Türkiyə 894 min 700 hərbçi ilə 13-cü yerdə qərarlaşıb.

Siyahıya əsasən, Azərbaycan 383 min 200 hərbçi ilə dünyanın ən çoxsaylı ordulara malik ölkələri sırasında yer alır. Bu göstərici ilə Azərbaycan, regionda hərbi güc baxımından önəmli mövqe tutur.

Ən çoxsaylı ordular – İlk 10-luq:

  1. Şimali Koreya – 7,5 milyon

  2. Cənubi Koreya – 6,6 milyon

  3. Vyetnam – 5,4 milyon

  4. Hindistan – 4,2 milyon

  5. Rusiya – 3,2 milyon

  6. Çin – 3,04 milyon

  7. Pakistan – 1,5 milyon

  8. Tayvan – 1,8 milyon

  9. ABŞ – 2,1 milyon

  10. Braziliya – 2,1 milyon

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər