Nura Suri: "Şadlıq saraylarında dərəbəylikdir"
Far.Az xəbər saytı

Nura Suri: "Şadlıq saraylarında dərəbəylikdir"


"Dünyada belə şey yoxdur. Toyları da monopoliya ediblər".

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

O, şadlıq saraylarından şikayət edib:

"İnsanlar gedib toy danışır şadlıq evlərində, behi alandan sonra şərtlər ortaya çıxır. Müştəri müğənni istəyir, deyirlər ki, ancaq bizim siyahıdakı ifaçılar olmalıdır, dekor şirkəti ancaq bizim dediyimiz şirkət olmalıdır. Video, foto, tort və sair ancaq öz işlədikləri şirkətlər ola bilər. 

Başqa heç kəs həmin şadlıq sarayında işləyə bilməz. Bildiyiniz dərəbəylikdir. Bir yaxınım gedib toy danışmağa, behi verib və gün götürüblər, indi şadlıq sarayı başlarına oyun açır. 

Bütün şadlıq saraylarında demək olar ki, vəziyyət belədir. Bu səbəbdən də bütün toylar eynidir. "Dejavü" yaşanır bütün toylarda".

Oxşar xəbərlər

Nura Suri: "Diqqətli olun, behi əvvəldən alın"
Yeni toy mövsümü başladı: 450 manata da menyu var - QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb
Müğənniləri dəvət edənlər yeni bir dələduzluq növünə keçiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər