TBNM Assosiasiyasının yeni baş katibi Azərbaycandan nümayəndə ola bilər
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Beynəlxalq Assosiasiyasının baş katibi dəyişib.
Bu barədə "Report"a qurumun keçmiş baş katibi Qaydar Abdikərimov məlumat verib. Hazırda o, nəqliyyat, logistika və beynəlxalq nəqliyyat dəhlizləri sahəsində böyük sertifikatlı ekspert kimi fəaliyyət göstərir.
Onun sözlərinə görə, hazırda TBNM-nin baş katibi vəzifəsini Nurgül Jakupova icra edir.
"Baş katib üç il müddətinə seçilir və hər dəfə onun namizədliyi TBNM-in İdarə Heyəti tərəfindən təsdiqlənir. Bu ilin may ayında baş katib vəzifəsinə yeni seçkilərin keçiriləcəyi gözlənilir. Bu vəzifəyə Azərbaycan nümayəndəsinin təyin olunması ehtimalı yüksəkdir. Buna baxmayaraq təşkilatın qərargahı həmişə Astanada yerləşəcək, çünki bu, nizamnamədə və əldə olunmuş razılaşmalarda nəzərdə tutulub", - Q. Abdikərimov deyib.
Xatırladaq ki, TBNM Beynəlxalq Assosiasiyası 2017-ci ildə baş ofisi Astanada olmaqla yaradılıb. Assosiasiya TBNM ilə yüklərin daşınmasının bütün iştirakçılarının qarşılıqlı fəaliyyətini əlaqələndirmək üçün yaradılıb.
Hazırda TBNM Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasına "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, "Qazaxıstan Dəmir Yolu" SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev, "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru David Peradze, "Aktau Dəniz Ticarət Limanı" SC-nin prezidenti Abay Turikpenbayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin baş direktoru Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktoru Taleh Ziyadov, "TCDD Taşımacılık A.Ş."nin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və "Ukrayna Dəmir Yolları" SC-nin İdarə Heyətinin sədri Oleksandr Pertsovski daxildir.
Assosiasiya zəruri informasiya dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa TBNM-də yerləşməyən iştirakçılar üçün maksimum səmərəliliyi təmin edir.
TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton daşınma proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmdə 2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton isə neft olacaq. 2027-ci ilə qədər marşrutun gücü 10 milyon tona çata bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər













