Tünzalə Ağayeva ilə Samir Piriyev bu səbəbdən bir araya gəldilər
Far.Az xəbər saytı

Tünzalə Ağayeva ilə Samir Piriyev bu səbəbdən bir araya gəldilər


Xalq artisti Tünzalə Ağayeva sevimli müğənni Samir Piriyev ilə birlikdə yeni işbirliyinə imza atıb. 

Far.Az xəbər verir ki, sənətçilərin "Sənin yanında" adlı duetləri işıq üzü görüb. Mahnının musiqisi bəstəkar Fərid Kərimli, sözləri isə Tural Xaniyə məxsusdur. Aranjıman Eşqin Ağayevə aiddir. 

Sözügedən əsər üçün müğənnilər kamera qarşısısına da keçiblər. Klipin rejissoru Xəyal Murtuzov, operatoru isə Fərid İsmayılovdur.

Pop ulduzun saç və makiyajını tanınmış stilist Sabir Bağırov edib. Geyim rəssamı Xalq artistinin şəxsi stilisti Şamxal Ramazanlıdır. 

Layihənin prodüseri isə Yalçın Cabbarovdur.

Ekran işi estrada ulduzunun şəxsi "Youtube"səhifəsində və bütün musiqi platformalarında yayımlanıb.

Oxşar xəbərlər

Saç tökülməsini dayandırmağın YOLLARI
Tünzalə Ağayevanın Naxçıvan konsertindən GÖRÜNTÜLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər