"Ceyms Uebb" teleskopu K2-18b ekzoplanetində həyat əlamətləri aşkarlayıb
Böyük Britaniyadan olan alimlər Yer kürəsindən milyonlarla kilometr uzaqlıqda yerləşən K2-18b adlı ekzoplanetdə həyatın mövcud ola biləcəyinə dair sübutlar tapıblar.
Far.Az BBC-yə istinadən xəbər veir ki, Kembric Universitetinin tədqiqatçıları bu planetin atmosferində yalnız Yer üzündə sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların izlərinə rast gəliblər.
Bu, "Ceyms Uebb" kosmik teleskopu vasitəsilə bir planetin atmosferində həyatla əlaqəli ola biləcək kimyəvi maddələrin ikinci dəfə aşkarlanmasıdır. Alimlər bu dəfəki kəşfin əvvəlkilərdən daha ümidverici olduğunu vurğulayırlar.
Tədqiqatı aparan beynəlxalq qrupun rəhbəri Kembric Universitetinin Astronomiya İnstitutunun professoru Nikku Madsusudhan bildirib ki, bu nəticələr hələlik nəzəri xarakter daşıyır və onların təsdiqlənməsi üçün əlavə məlumatlara ehtiyac var.
"Hələlik bizdə olan ən inandırıcı sübut budur ki, kainatda haradasa həyat ola bilər. Real olaraq deyə bilərəm ki, bu nəticələri bir-iki il ərzində təsdiqləyə bilərik," – deyə alim qeyd edib.
K2-18b planeti ölçüsünə görə Yer kürəsindən təxminən 2,5 dəfə böyükdür. O, Yerdən təxminən min trilyon kilometr uzaqlıqda yerləşir. Alimlər hesab edirlər ki, bu kəşf bəşəriyyətin kainatda tək olub-olmadığı sualına cavab tapmasına bir addım da yaxınlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Alimlər: Yer üzündə ilk canlı hüceyrələr kosmik toz sayəsində yaranıb
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilir, bəzi institutların statusu dəyişir
Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib













