108 yaşlı dənizçi uzunömürlülüyünün qeyri-adi sirrini AÇIQLADI
Britaniyalı 108 yaşlı Frank Çester uzunömürlülüyünün qeyri-adi sirrini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə What"s the Jam? yazıb.
1917-ci il aprelin 10-da anadan olan Çester hazırda Böyük Britaniyada yaşayan altıncı ən yaşlı şəxsdir. İkinci Dünya Müharibəsi zamanı o, sualtı qayıqları və karvanları müşayiət edən HMS Honeysuckle gəmisində xidmət edib. 2024-cü ildə o, uzunömürlülüyünün sirrinin Allaha inanmaq olduğunu demişdi. Lakin bu il daha bir səbəb açıqlayıb: "Həmişə şalvarımı oturaraq geyinirəm. Əgər ayaq üstə geyinsəydim, yəqin ki, yıxılardım", – deyə zarafat edib.
Müharibədən sonra o, Vest-Midlends qraflığının Uolsoll şəhərinə köçüb və orada aktrisa Lili ilə tanış olub. "Bir ay yarımdan sonra qərara gəldik ki, ömrümüzün qalan hissəsini birlikdə keçirək. Lili həyatımda başıma gələn ən gözəl şeydir", – deyə Çester xatirələrini bölüşüb.
Hazırda Vusterşir qraflığında yerləşən qocalar evində yaşayan Frank Çester burada həm işçilər, həm də digər sakinlər arasında böyük rəğbət qazanıb. Qocalar evinin meneceri Şelli Ford bildirib ki, Çesterin paylaşdığı maraqlı hekayələr onu hər kəsin sevimlisinə çevirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













