İki gün əvvəl qəza keçirən aktyor: "Sağ qabırğamda 6 sınıq var"
Far.Az xəbər saytı

İki gün əvvəl qəza keçirən aktyor: "Sağ qabırğamda 6 sınıq var"


"Gönül Dağı" serialının aktyoru Berk Atan keçirdiyi qəzadan sonra ilk dəfə açıqlama verib. 

BAKU.WS xəbər verir ki, o sağ qabırğasında 6 sınıq olduğunu bildirib. Onun sınan sümüklərinin bəziləri ağ ciyərinə girib. Qığırdaq sümüklərində isə parçalanma var.

Berk səhhəti ilə maraqlanan onun üçün narahat olan dostlarına minnətdarlığını bildirib. 

Onun müalicəsi yerləşdirildiyi xəstəxanada davam etdirilir. 

Qeyd edək ki, aktyor Berk Atan iki gün əvvəl avtomobil qəzası keçirib.  Hadisə aktyor İstanbuldan Sivrihisara gedərkən yaşanıb. 

Qəza nəticəsində Berkin onurğa və qabırğaları sınıb. 

Xatırladaq ki, Berk hazırda "Gönül Dağı" adlı ekran işində rol alır. 

Oxşar xəbərlər

Tanınmış aktyor qəza keçirdi - Vəziyyəti ağırdır
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub
2025-ci ilin ilk üç ayında sənət aləminin itirdiyi məşhurlar - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər