ABŞ-də qızılca epidemiyası yayılır: Xəstə sayı 1000-ə yaxınlaşır
Amerika Birləşmiş Ştatlarında (ABŞ) qızılca hallarında ciddi artım müşahidə olunur. Ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, təsdiqlənmiş qızılca hallarının sayı 935-ə çatıb. Bu rəqəm 2024-cü ilin ümumi göstəricisindən üç dəfə çoxdur.
Far.Az xəbər verir ki, CDC-nin məlumatında qeyd olunur ki, yoluxmaların böyük hissəsi Texas ştatında qeydə alınıb. Artıq üç aydır davam edən epidemiyada təkcə bu ştatda 683 yoluxma aşkarlanıb. Yoluxmalar eyni zamanda Nyu Meksika, Oklahoma və Kanzas ştatlarına da yayılıb.
Aktiv epidemiyaların görüldüyü digər əyalətlər arasında isə İndiana, Miçiqan, Montana, Ohayo, Pensilvaniya və Tennessi də yer alır. Qeyd edək ki, "aktiv epidemiya" anlayışı üç və ya daha çox təsdiqlənmiş yoluxma halı ilə müəyyən edilir.
Səhiyyə mütəxəssisləri əhalini peyvəndlərə qarşı laqeyd yanaşmamağa çağırır və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
KİV: Donald Tramp Kentukki, Florida və İndiana ştatlarında liderdir
ABŞ-də qızılca epidemiyası 12 əyalətə yayılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













