Kolumbiya İsrailə kömür tədarükünü dayandırır
Kolumbiya Prezidenti Qustavo Petro İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlara görə bu ölkəyə kömür tədarükünü dayandıran fərman imzalayıb.
"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sənəd Cənubi Amerika respublikası hökumətinin saytında dərc olunub.
“İsrailə kömür ixracı qadağandır”, - fərmanda deyilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minəcək.
Sərəncamda qeyd edildiyi kimi, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.
Sənəddə deyilir: “İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir”.
İyun ayında Petro Qəzza zolağında əməliyyatlar bitənə qədər İsrailə kömür ixracını dayandıracağını açıqlamışdı.
Oxşar xəbərlər
Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb
Kolumbiya Qəzzaya görə İsrailə kömür tədarükünü dayandırıb
Azərbaycan meyvə-tərəvəz ixracından 380 mln. dollardan çox gəlir əldə edib
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Çin yanvar-iyul aylarında pivə tədarükünü 11,7% artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













