Dünya gözləniləndən daha tez yox olacaq
Qara dəliklərdən yayılan radiasiya səbəbilə kainatın tamamilə məhv olacağı tarix əvvəlki hesablamalara nisbətən daha erkən baş verəcək. Bu barədə Radboud Universitetinin (Niderland) alimləri Journal of Cosmology and Astroparticle Physics jurnalında dərc olunan yeni tədqiqatlarında bildiriblər.
Far.Az xəbər verir ki, hesablamaları qara dəliklər üzrə ekspert Heyno Falkə, fizik Mixael Vondrak və riyaziyyatçı Valter van Suylekom aparıblar. Onların yeni hesablamalarına görə, kainatdakı bütün ulduzların və maddənin dağılması 10 üstü 78 (10⁷⁸) il sonra baş verəcək.
Tədqiqatçılar qeyd ediblər ki, bu, daha əvvəl hesablanandan xeyli tezdir. Belə ki, 2023-cü ildə həmin alimlər kainatın 10 üstü 1100 (10¹¹⁰⁰) il sonra yox olacağını proqnozlaşdırmışdılar. Lakin o zaman onlar qara dəliklərin və neytron ulduzlarının təsirini nəzərə almamışdılar. Qara dəliklərin elementar hissəciklər yayması prosesi "Hokinq radiasiyası" kimi tanınır.
Alimlər hesab edirlər ki, 10⁷⁸ il sonra kainatdakı ən davamlı göy cisimlərindən olan ağ cırtdanlar da dağılacaq. "Kainatın sonu düşündüyümüzdən daha tez gələcək, amma buna hələ çox var," – deyə Falkə bildirib.
Tədqiqatda həmçinin Ayın nə vaxt yox olacağına dair də proqnoz verilib. Hesablamalara görə, Yer kürəsinin təbii peyki təqribən 10 üstü 90 (10⁹⁰) il sonra buxarlanacaq.
Xatırladaq ki, fevral ayında ABŞ və İsveçrədən olan bir qrup fizik paralel kainatların mövcudluğuna dair ilk potensial sübutların əldə olunduğunu açıqlamışdı. Onlar subatom səviyyəsində bizim kainatla qarşılıqlı əlaqədə olan "kölgə" kainatdan bəhs etmişdilər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













