Litva XİN: Aİ bu gün Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlayacaq
Avropa İttifaqı (Aİ) mayın 20-də Rusiyaya qarşı 18-ci sanksiya paketinin hazırlanmasına başlamalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyaya qarşı 17-ci sanksiya paketini qəbul edən Aİ eyni gündə 18-ci paket üzərində işə başlamalıdır.
"18-ci sanksiya paketi Rusiyanı həqiqətən də ağrılı yerindən vurmalıdır - enerji, mayeləşdirilmiş təbii qaz, neft, nüvə yanacağı və maliyyə qurumları hədəflərimiz olmalıdır", - o, "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Aİ-nin 17-ci sanksiya paketi Rusiyanın "kölgə donanması"nın təxminən 200 gəmisini əhatə edir. Bu gəmilər Moskvanın xam neft tədarükünə tətbiq edilən sanksiyalardan yayınmasına kömək etməkdə ittiham olunur.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Rusiyaya qarşı daha sərt sanksiyaları əhatə edən 18-ci paketin hazırlanması barədə bəyanatla çıxış edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb













