İnsanın yalan danışdığını necə anlamaq olar? — Mütəxəssislərdən vacib ipucları
Gündəlik həyatda hər kəs az və ya çox dərəcədə yalanla qarşılaşır. Bəs qarşımızdakı şəxsin yalan danışdığını necə anlaya bilərik?
BAKU.WS xəbər verir ki, psixoloqlar və bədən dili üzrə mütəxəssislər bunun müəyyən əlamətlərə əsasən müəyyən edilə biləcəyini deyirlər.
Yalan danışan şəxslərin mimikaları, danışıq tərzi və bədən dili tez-tez dəyişə bilər. Mütəxəssislərə görə, insan yalan danışanda aşağıdakı davranışlar müşahidə oluna bilər:
-
Göz təması qurmaqdan çəkinmə: Yalan danışan insanlar tez-tez göz təmasından qaçır, ya da əksinə - qeyri-təbii şəkildə çox baxırlar.
-
Əllərin və üzün idarəsiz hərəkətləri: Burna, ağıza və ya boyuna toxunmaq, bədəni tez-tez dəyişmək narahatlığın və yalanın göstəricisi ola bilər.
-
Sualı təkrar etmək və ya cavabdan yayınmaq: Yalan söyləyən şəxs sualı dəqiq cavablandırmaq əvəzinə, onu təkrarlayır və ya başqa mövzuya keçir.
-
Səs tonunun dəyişməsi: Gərginlik səbəbindən səs tonu yüksələ və ya titrəyə bilər.
-
Sözlərin ardıcıllığında qeyri-müntəzəmlik: Düşünmədən danışmaq, cümlələri yarımçıq qoymaq və ya artıq detallara girmək də şübhə doğura bilər.
Psixoloqlar bildirir ki, bu əlamətlər yalanın göstəricisi olsa da, tək başına yetərli deyil. İnsanların davranışları müxtəlif səbəblərdən dəyişə bilər. Ona görə də, yalanı müəyyənləşdirmək üçün kontekstə və ümumi davranışlara diqqət yetirmək vacibdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













