Elgizin verilişinə görə "ARB"yə XƏBƏRDARLIQ EDİLDİ
Azərbaycan Audiovizual Şurasının mayın 26-da onlayn iclası keçirilib və "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Far.Az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən "Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlmişlər. Sonda Audiovizual Şuranın üzvləri "ARB" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmiş, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Audiovizual Şura: Ötən il yaş məhdudiyyəti məsələlərində nöqsana görə iki yayım subyekti cərimələnib
Audiovizual Şura ilə Mərakeşin Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumu arasında memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













