Türkiyədə koksaki həyəcanı - 15 rusiyalı turist yoluxdu
Far.Az xəbər saytı

Türkiyədə koksaki həyəcanı - 15 rusiyalı turist yoluxdu


İyunun 1-də Türkiyənin cənubundakı "Türk Sunlight Resort"da koksaki virusunun yayılması qeydə alınıb.

BAKU.WS xəbər verir ki, uşaqlar da daxil olmaqla, Moskvadan gələn ən azı 15 turist xəstələnib.

Bildirilib ki, bütün xəstələrdə tipik simptomlar -  səpgi, qusma və ishal olub. Turistlərdən birinin dediyinə görə, virus xüsusilə uşaqlar arasında yayılıb, lakin otel qonaqlara vəziyyətlə bağlı məlumat verməyib.

Türkiyədə xəstə turistlərlə bağlı xəbərlərin yayılması fonunda epidemioloq Gennadi Onişenko rusları mövsümün pik vaxtında Türkiyə kurortlarına səyahət etməkdən çəkinməyə çağırıb.

Lakin Rusiya Turoperatorları Assosiasiyası (ATOR) belə bir reaksiyanı həddən artıq həyəcanverici hesab edir. ATOR-un rəsmisi qeyd edib ki, Koksaki qızdırması yerli və vaxtaşırı baş verən xəstəlikdir və tez-tez həm Türkiyədə, həm də Rusiyada qeydə alınır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu ölkədən Türkiyəyə gedənlərə xəbərdarlıq edildi - Virus təhlükəsi var
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər