Xırdalanda fərdi yaşayış evində yanğın məhdudlaşdırılıb
Far.Az xəbər saytı

Xırdalanda fərdi yaşayış evində yanğın məhdudlaşdırılıb


Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***12:57

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***12:48

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. 

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xırdalanda fərdi yaşayış evində güclü YANĞIN
Bakıda anbarda baş verən yanğın SÖNDÜRÜLDÜ - yol açıldı
Xətaidəki güclü yanğın məhdudlaşdırılıb - VİDEO- YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər