Rusiya XİN sözçüsü: Nəqliyyat kommunikasiyalarının açılması regionun maraqlarına cavab verməlidir
Əgər “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışırıqsa, o zaman əsas iş Azərbaycan və İranla təmasda aparılır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Far.Az”un Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması "Şimal-Cənub" dəhlizinin bir hissəsi kimi Zəngəzur marşrutunun reallaşması ilə bağlı sualını cavablandırarkən deyib.
O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
“Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir”, - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.
“Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”, – o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir
Mark Libbinin ayaq tutub yeriməyən yalanları - ABŞ-li səfir ölkəsini necə ifşa etdi? - FOTO - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













