Neftçalada yüksək bal toplayan məzunlarla görüş keçirilib
Neftçalada Respublikanın ali təhsil müəssisələrinə qəbul imtahanlarında rayon üzrə yüksək bal toplayan məzunlarla görüş keçirilib.
“Far.Az”un Aran bürosunun məlumatına görə, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbəri, məktəb direktorları, müəllimlər, imtahanlarda yüksək nəticə göstərən məzunlar və onların valideynləri iştirak ediblər.
Görüşdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən, həmçinin tələbə adını qazanan bütün məzunlara uğurlar arzulanıb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində Neftçala rayon ümumtəhsil məktəblərindən məzun olan 691 nəfər şagirddən 391-i ali məktəblərə qəbul üçün müraciət edib. Qəbul imtahanlarında iştirak edən məzunların 74 faizi, yəni 288 nəfəri tələbə adını qazanıb.Tələbə adını qazanan məzunlardan 12 nəfəri 600-dən yüksək bal toplayaraq ölkənin ali təhsil ocaqlarına qəbul olublar.
Görüşün sonunda yüksən nəticələr göstərən məzunlar, müəllim və valideynlərlə xatirə şəkili çəkilib.
Oxşar xəbərlər
Milli Qəhrəmanın adını daşıyan məktəbin 34 məzunu 13 illik ənənəyə sadiq qalıb
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
İxtisaslarını yaxşı bilən müəllimlərin başağrısına çevrilən kurikulum: Problem nədədir?
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir?













