Növbəti köç karvanı Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub
Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, evlərin açarları təqdim olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da kəndə köçürülən ailələrin sayı 119-a (420 nəfər) çatıb.
***12:35
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, yolasalma Tərtər rayonu Bayraq meydanından olub.
Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Qalereya
Oxşar xəbərlər
Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb, açarlar təqdim olunub
İlk köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb
Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı çatıb, mənzillərin açarları təqdim edilib
Xocalının Təzəbinə kəndinə ilk köçən ailələrə evlərin açarları təqdim olunub
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": Ekspertlər Trampın ritorikası səbəbindən neft bazarındakı gərginliyin daha da pisləşəcəyini gözləyirlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
Mingəçevirdə "Prezident Kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı













