Bakıda RAK İncəsənət Fondunun rəssamlarının əsərlərinin sərgisi açılıb
Bu gün Bakıda “QGallery”də Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərinin sərgisi açılıb.
“Report” xəbər verir ki, RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı, Heydər Əliyev Mərkəzində bir neçə dəfə sərgisi keçirilən Raşid Al Xəlifədir.
Sərginin açılışında çıxış edən Raşid Al Xəlifə deyib ki, bəhreynli rəssamların tükənməz istedadını Azərbaycandakı sənətsevərlərlə bölüşmək fürsətinə malik olduğumdan xeyli məmnundur:
"Belə bir səmərəli əməkdaşlıq şübhəsiz ki, Azərbaycan və Bəhreyn arasında ümumbəşəri sənət dili vasitəsilə qarşılıqlı anlaşma və dəyərləndirməyə vasitə olmaqla, uğurlu mədəni mübadilələr silsiləsinin başlanğıcıdır”.
O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlıq və anlaşmanı təşviq edir.
“Bu fond mədəniyyətlərarası əməkdaşlıq və mübadilələri asanlaşdırmaq məqsədi ilə Bəhreyn sənətini qlobal miqyasda təbliğ etməyə sadiqdir. O, incəsənət vasitəsilə innovasiya, davamlılıq və müsbət dəyişikliyi müdafiə edərək tənqidi müzakirələrə və sosial dialoqa töhfə vermək qətiyyətindədir", - Raşid Al Xalifa deyib.
O vurğulayıb ki, belə bir əməkdaşlığın məqsədi Bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdən ibarətdir:
“Bu isə, incəsənət həvəskarları və kolleksiyaçılara Bəhreyn müasir incəsənətinin gözəlliyinə və əsərlərdəki fəlsəfi yanaşmalar aləminə baş vurmaq və o məqamlarda yaşamaq üçün unikal bir imkan deməkdir”.
"Azərxalça" ASC-nin sədri Emin Məmmədov öz növbəsində deyib ki, rəssam Raşid Al Xəlifə və RAK İncəsənət Fondu ilə əməkdaşlıq incəsənətin beynəlxalq dostluq və mədəni anlaşmanın daha geniş təşəkkül tapmasına bariz bir sübutdur:
"Biz, Bəhreyn müasir incəsənəti və hörmətli rəssam Raşid Al Xəlifə ilə mənalı görüşlərdən sonra bu nəcib amalın təşviqinin qaçılmaz olduğu qənaətinə gəldik və Bəhreynin müasir incəsənət nümunələrinin ümumi mənzərəsinin Bakıda canlandırılacağından məmnuniyyət hissi keçiririk. İnanıram ki, bu ölkələrimiz arasında gələcək mübadilə və tərəfdaşlıq imkanlarının daha geniş vüsət alacağı ilə nəticələnəcək".
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Mehriban Əliyevanın doğum günüdür
Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb













