Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Far.Az xəbər saytı

Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir


Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir.

"Far.Az" xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.

Məktubda bildirilib ki, böyük və güclü Türkiyə ideologiyası addım-addım həyata keçirilir:

"Bu gün dünəndən daha güclüyük. Sabah daha güclü olacağıq. Ədalətin höküm sürdüyü dünya nizamını da təsis edəcəyimizə inanıram".

Qeyd edək ki, tədbirdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edir. Həmçinin qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alırlar.

FOTO: Samirə Həsənova

Oxşar xəbərlər

Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Türkiyə səfiri: Zəfərlərimizi azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə qeyd edəcəyik
Mehriban Əliyevanın doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər