2343 müəllim sertifikasiya imtahanından keçə bilməyib
Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib və əməkhaqqını əlavələrlə alacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.
Test imtahan mərhələsində 6 min 600 təhsilverən 51 bal və daha yuxarı, 11 min 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
Cari ildə baş tutmuş sertifikatlaşdırma prosesində 2 min 343 nəfər isə müvafiq keçid balını toplamayıb.
Müvafiq komissiyalara müraciət edən şəxslərin sayı 872 nəfər olub.
Vurğulanıb ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlanacaq.
İlk növbədə, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Oxşar xəbərlər
200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Azərbaycanda 75 minə yaxın şəxs əlavə PUL ALACAQ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sertifikasiya imtahanlarının nəticələri qaneedicidir?
Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
NATO Ukraynaya ABŞ silahları almaq üçün 10 milyard dollardan çox xərcləyib













