Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb
Far.Az xəbər saytı

Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb


Macarıstanın “MVM Group” şirkəti “Cənub Qaz Dəhlizi” (SGC) QSC-dən “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 % və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətindən “South Caucasus Pipeline Company”də 4 % pay almaq üçün satınalma prosesini tamamlayıb.

Bu barədə “Far.Az” “MVM Group”a istinadən xəbər verir.

“Satınalma avqustun 30-da tamamlanıb. Bu əlamətdar satınalma ilə “MVM Group” beynəlxalq mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirəcək və şirkətin təbii qazın dəyərinin yaradılması zəncirindəki mövqeyini daha da şaxələndirəcək. Sövdələşmə Avropa İttifaqının qaz tədarükünün şaxələndirilməsi səylərinə, eləcə də milli enerji strategiyasına və “MVM Group”un inkişaf strategiyasına tam uyğundur”, – şirkətdən qeyd edilib.

MVM-in məlumatına görə, istismara veriləndən bəri “Şahdəniz” yatağından 225 milyard kubmetrdən çox qaz və 380 milyon barel kondensat hasil edilib. Yataq qaz ehtiyatlarına görə dünyada ən böyük yataqlardan biridir. O, hər il təxminən 29 milyard kubmetr qaz və təxminən 60 milyon barel kondensat hasil etmək gücündədir.

Xatırladaq ki, “MVM Group”un Şahdəniz layihəsində 5 % və SCPC-də isə 4 % pay almasına dair saziş iyunun 5-də Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

“MVM Group”un baş icraçı direktoru Karoli Matray Bakı Enerji Forumunda çıxış edərək bildirib ki, bu sövdələşmə “MVM Group”un strategiyasında ən iri sazişdir və qaz tədarükünün şaxələndirilməsi və ölkənin bir mənbədən asılılığının azaldılması prosesində mühüm elementdir.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər