XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir
“Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənən iddia həqiqəti əks etdirmir”.
Far.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında ölkəmizə qarşı səsləndirdiyi iddialara dair şərhində əks olunub.
XİN rəsmisi N. Paşinyanın Azərbaycanın hərbi büdcəsi ilə bağlı dediklərinin də beynəlxalq təşkilatların məlumatları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:
"Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir”.
Oxşar xəbərlər
XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür













