Əmək və Sosial Münasibətlər Akademiyasında əməyin təhlükəsizliyi və risklərin qiymətləndirilməsi üzrə təlimlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqlarının əməkdaşları üçün təlimlər davam etdirilir.
Beynəlxalq səviyyədə tanınan IOSH (Institution of Occupational Safety and Health) sertifikatı üzrə təşkil olunan budəfəki təlimdə AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər.
Təlimdə iştirakçılara əməyin təhlükəsizliyi sahəsində müasir yanaşmalar, potensial risklərin aşkarlanması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.
Təlim zamanı həmçinin müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. IOSH sertifikatı alanlar beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə mütəxəssis hesab olunurlar. Əmək və Sosial Münasibətlər Akademiyası da Böyük Britaniyanın IOSH İnstitutu tərəfindən akkreditasiyadan keçirilib. Bu da ali təhsil ocağına əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması ilə bağlı təlimləri keçirməsinə və nəticələrin qiymətləndirməsinə imkan yaradır.
Oxşar xəbərlər
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib













