"Baku TV"yə böyük maraq: "Özbəkistan 24" kanalı xüsusi süjet hazırladı
Ötən günlərdə Özbəkistan Milli Teleradio Kompaniyası sədrinin müavini Mamadamin Safarovun rəhbərlik etdiyi nümayəndə heyəti - "Özbəkistan 24" telekanalının baş rejissoru Davron Pulatov, ali kateqoriyalı televiziya operatoru Eldor Rustamov, beynəlxalq xəbərlər şöbəsinin redaktoru Madinabonu Xamrayeva, "Özbəkistan MTRK" Teleradio Mərkəzinin baş mütəxəssisi Jasur Maxmudov və Daşkənd Media Mərkəzinin 1-ci kateqoriyalı mütəxəssisi Uluğjon Safarov Baku TV-nin qonağı olublar.
Bu barədə "Özbəkistan 24" kanalında xəbər süjeti yayımlanıb.
Süjetdə bildirilib ki, heyət "Global Media Group"a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olub və kanalın beynəlxalq uğurlar qazanmış film və sənədli layihələri haqqında ətraflı məlumat verilib.
Süjetdə həmçinin görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərovun qonaqlara kanalın fəaliyyəti, müasir yayım texnologiyaları və beynəlxalq media şəbəkəsi haqqında ətraflı məlumat verdiyi vurğulanıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













