Azərbaycanda seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda seçici fəallığı ən yüksək və ən aşağı olan dairələr açıqlanıb


Növbədənkənar parlament seçkilərində seçici fəallığı ən yüksək olan dairə məlum olub.

APA-nın xəbərinə görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,7 % olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə isə 43 saylı Sumqayıt İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 2,4 % olub.

Qeyd edək ki, saat 10.00-a qədər respublika üzrə 636 842 nəfər səs verib, seçici fəallığı 9,92 faiz olub.

Oxşar xəbərlər

Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
MSK: Saat 10.00-a qədər respublika üzrə seçici fəallığı 9.92 faiz olub
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər