Ukraynalı deputat: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur
Far.Az xəbər saytı

Ukraynalı deputat: Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur


“Hazırlıq prosesinin şahidi olmasaq da, bu gün indiyə qədər 6 seçki məntəqəsində olmuşuq və müşahidələrimizə əsasən, deyə bilərik ki, Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğundur”.

APA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ukrayna Ali Radanın Nəqliyyat və infrastruktur məsələləri komitəsinin sədrinin müavini, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenko deyib.

O bildirib ki, seçki prosesi üçün zəruri olan hər şey yüksək səviyyədə təmin edilib:

“Seçki kabinələri və bülletenlər prosesə tam hazır şəkildə idi. Əsas məsələ odur ki, müşahidəçilər üçün lazımi şərait yaranıb və onların prosesi yaxından izləməsi üçün heç bir maneə yoxdur. Onu da qeyd edim ki, Azərbaycanda keçirilən seçkilərdə bir vacib məqam var. Bir çox ölkədən fərqli olaraq, Azərbaycanda seçicilərin barmağına mürəkkəb vurmaq prosesi var. Bu isə seçki saxtakarlığının qarşısını alır, bir vətəndaşın ikinci dəfə səs verməsini mümkünsüz edir. Bu, təqdirəlayiq addımdır. Azərbaycan xalqına arzulayıram ki, layiqli namizədləri seçilsin və seçiləcək hər bir deputat da, öz növbəsində, xalqa töhfəsini versin”.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Türkmənçay müqaviləsinin yarıya böldüyü, Nəbatinin dəfn edildiyi Azərbaycan şəhəri - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər