Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.
BAKU.WS xəbər verir ki, Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
Qonaq deyib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək.
Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırlayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib.
Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğulayıb.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunan dövlət başçısı Azərbaycan qazının hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunduğu dedi və ixrac coğrafiyasının genişləndiyini qeyd edib.
Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirildi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün 23,9 min bakalavr magistraturaya II cəhd qəbul imtahanı verəcək
-
Cəmil Məmmədli: "Dürüst yaşayan yapon da müsəlmandır"
-
Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
-
Kulibali: UN-Habitat-ın Azərbaycanla əməkdaşlığı Afrika ilə təcrübə mübadiləsi üçün körpü ola bilər
-
Mexikonun meri: Bakı şəhərsalma mövzusunun müzakirəsi üçün strateji məkandır
-
IND: Mənzil böhranını həll etmək üçün hər gün 96 min ev təhvil verilməlidir













