İndiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANDI
Far.Az xəbər saytı

İndiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANDI


"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, köhnəlmiş və istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu davam edir.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, ötən ilin oktyabr ayından başlayan utilizasiya prosesinə vətəndaşların böyük maraq göstərməsinin nəticəsində cəmi 11 ay ərzində 10 mindən çox nəqliyyat vasitəsi utilizatorlara təhvil verilib. Utilizasiyaya verilən 10.000-ci nəqliyyat vasitəsinin sahibi Elşən Hümbətov olub və nəqliyyat vasitəsinin təsdiqedici sənədi ona təqdim edilib.

Bu günə qədər utilizasiya edilmiş nəqliyyat vasitələrinin təsdiqedici sənədləri əsasında vətəndaşlar 589 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsini güzəştlə əldə etmiş. Eyni zamanda 803 min manatadək birdəfəlik ödəniş ərizəçilərin bank hesabına ödənilmişdir.

Mövcud tələblərə əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar www.nvu.gov.az portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi utilizatora təhvil verilməlidir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunması könüllülük prinsipi əsasında aprılır və məcburi xarakter daşımır. Hazırda "Təmiz Şəhər" ASC tərəfindən reyestrdə qeydə alınmış 3 utilizator Bakı şəhəri, Abşeron rayonu və Gəncə şəhərində fəaliyyət göstərir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Fərhad Eyyubov: "Yaşı 20-dən artıq olan nəqliyyat vasitələrinin çoxu utilizasiyaya getməlidir"
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər