Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri barədə "X" hesabında paylaşım edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, paylaşımda Mehriban Əliyevanın səmərəli görüşləri barədə ətraflı məlumat əksini tapıb.
Prezident köməkçisi Birinci viyse-prezident Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini ifadə etməsinə diqqət çəkib.
"Bu səfər Azərbaycanın mədəni və humanitar diplomatiyasının parlaq nümunəsidir. Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir".
Hikmət Hacıyev müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycanın bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsi olduğunu vurğulayıb.
"Qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır".
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













