

Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq - Xəstəlik yayılıb
Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılıb. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılması riski region ölkələri, o cümlədən Azərbaycan üçün real təhlükə yaradır.
"Qeyd edək ki, respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin baş vermə riskinin artmasına səbəb ola bilər".
Bildirilib ki, epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir:
"Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Agentliyin regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə bu tədbirin icrasını təmin edəcəklər".
"Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq", - deyə məlumatda vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda mal bazarları nə vaxtadək bağlı qalacaq? - Son vəziyyət, görülən və görüləcək işlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
-
Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
-
Süd Yolunda qaranlıq maddədən yaranan sirli şüalanma aşkarlanıb
-
"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?
-
Xalq artistindən İDDİALI FOTOSESSİYA
-
Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq - Xəstəlik yayılıb