

"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?
Ağdamın "Qarabağ" klubu "Benfika" və "Kopenhagen" üzərində qələbələrdən sonra 6 xalla Çempionlar Liqasının ilk "altılığında" yer alır.
BAKU.WS-in məlumatına görə, Azərbaycan çempionu Portuqaliya klubu ilə səfərdə 0:2 hesabı ilə geridə olsa da, dönüş etməyi bacarıb və qələbə qazanıb. Bundan sonra "Kopenhagen" klubuna qalib gəlməyi bacarıb.
Çempionlar Liqasının yenilənmiş formatında keçirilən 3-cü tur matçında "Qarabağ" (Ağdam, Azərbaycan) İspaniyanın "Atletik (Bilbao)" komandası ilə "San Mames" stadionunda üz-üzə gələcək. İspan klubu avrokuboklarda hələ qələbə qazana bilməyib. Belə ki, Bilbao təmsilçisi iki oyunda 1 xal belə toplaya bilməyib.
Ancaq önəmli amil budur ki, "Atletik" klubu evdə oynayacaq və "San Mames" kimi meydan üstünlüyü onların xeyrinədir. Lakin "Qarabağ"ın səfər komandası olması, rəqib meydanında öz oyununu göstərə bilməsi və buna qədər "Benfika"nı məğlub etməsi Ağdam təmsilçisinin səfərdən xalla qayıdacağını deməyə əsas verir.
Eyni zamanda Basklar altı oyundan ibarət məğlubiyyət seriyanı "Malyorka" üzərindəki qələbə ilə bir qədər düzəltsələr də, "Elçe"yə qol vura bilməyib, oyunu qolsuz bərabərliklə başa vurublar. Bu səbəbdən stabil oyun nümayiş etdirən və qələbələrini bir-birinin ardınca qazanan "Qarabağ"la qarşılaşamda "Atletik" klubunun qalib gəlmək şansları kifayət qədər azdır. Əksinə Ağdam təmsilçisinin 3-cü qarşılaşmadan qələbə qazanacağı artıq futbol ictimaiyyətində heç də təəccüb doğurmur. Buna qədər adlı-sanlı iki klub üzərində qələbə qazanan "Qarabağ"ın İspaniyadan da uğurlu nəticə ilə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın futbol üzrə ən güclü klubu "Qarabağ" UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi ilk iki oyunda uğurlu nəticələr göstərməklə yanaşı, büdcəsini də xeyli zənginləşdirib. "Qarabağ" Çempionlar Liqasının ilk iki qarşılaşmasından ümumilikdə 4,2 milyon avro (təxminən 8,4 milyon manat) gəlir əldə etməyi bacarıb. Növbəti qələbə kluba daha 2,1 milyon avro qazandıracaq.
"Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Orxan HüseynOxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
-
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
-
Süd Yolunda qaranlıq maddədən yaranan sirli şüalanma aşkarlanıb
-
"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?
-
Xalq artistindən İDDİALI FOTOSESSİYA
-
Oktyabrın 25-dən ölkə üzrə heyvan bazarları müvəqqəti bağlanacaq - Xəstəlik yayılıb