Mirzoyan: Bakı ilə İrəvan arasında sülh regionda yeni iqtisadi imkanlar açır
Far.Az xəbər saytı

Mirzoyan: Bakı ilə İrəvan arasında sülh regionda yeni iqtisadi imkanlar açır


Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda regional təhlükəsizlik və regionlararası əlaqələr üzrə nazirlərin görüşündən əvvəl jurnalistlərə bildirib.

"Bu gün mən Avropa İttifaqı, Qara dəniz regionu və Mərkəzi Asiyadakı həmkarlarımla regionlararası əməkdaşlıq vasitəsilə dayanıqlılığı, təhlükəsizliyi və əlaqəni necə gücləndirəcəyimizi müzakirə edirəm", - nazir qeyd edib.

Mirzoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, kommunikasiyaların yaxın vaxtlarda açılması, nəqliyyat infrastrukturunun yaradılması regionun inkişafı üçün yeni perspektivlər vəd edir.

"Bizim region Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm rol oynaya bilər. Mən bugünkü müzakirələri səbirsizliklə gözləyirəm", - o əlavə edib.

İclas Avropa Komissiyası, Avropa İttifaqına üzv dövlətlər, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə keçirilir. Əsas diqqət Qara dəniz regionunda təhlükəsizlik məsələlərinə və Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafına yönəlib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər