Bakıda taksi xidməti ilə bağlı yeni qərar sıxlığa səbəb oldu
Far.Az xəbər saytı

Bakıda taksi xidməti ilə bağlı yeni qərar sıxlığa səbəb oldu


Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımalarına verilən icazələrin sayına məhdudiyyət tətbiq olunduqdan sonra paytaxtda uzun növbələr yaranıb.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, gecə saat 1-də AYNA-ya məxsus inzibati binalardarın birinin qarşısında sürücülər yığılıb. Ərazidə növbə sisteminin yaradılmaması sürücülər arasında narazılığa səbəb olub.

Xatırladaq ki, yeni qərara əsasən, paytaxt ərazisində müəyyən bir fəaliyyət növü üçün ümumilikdə 25 min icazə limiti müəyyənləşdirilib. Artıq bu limitin tətbiqinə az vaxt qaldığına görə, sürücülər icazə almaq üçün növbəyə düzülməyə başlayıblar.

İcazələrin verilməsi prosesi müraciət ardıcıllığı və növbəlilik prinsipi əsasında həyata keçirilir. Hansı sürücü daha tez müraciət edirsə, həmin şəxsə üstünlük verilir.

Sürücülər sosial şəbəkələrdə gecə və gündüz saatlarında yaranmış növbələrlə bağlı paylaşım ediblər.

Görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Qanunsuz sərnişin daşımalarına qarşı reyd keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır - CƏDVƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər