Mikayıl Cabbarov: "Türk dövlətləri müxtəlif platformalarda daim bir-birilərini dəstəkləyirlər"
Türk dövlətləri daim ikitərəfli və çoxtərəfli platformalarda bir-birilərini dəstəkləyirlər.
Far.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, ortaq türk kimliyi, mədəni ənənələr və mənəvi dəyərlər, eləcə də ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq münasibətləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da güclənməsi üçün möhkəm təməl yaradır:
"Türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstək, təhsil və sosial infrastrukturun yenidən qurulması istiqamətində atdığı addımlar qardaşlıq həmrəyliyinin və ortaq dəyərlərimizin təcəssümüdür.
Eyni zamanda, Azərbaycanın Türk dövlətlərində həyata keçirdiyi sosial layihələr və mədəni təşəbbüslər qardaş ölkələr arasında dostluğun, qarşılıqlı etimadın və Türk dünyasında birliyin möhkəmlənməsinə xidmət edir".
Nazir əlavə edib ki, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısının Qəbələ şəhərində keçirilməsi və təşkilata bir il müddətinə Azərbaycanın sədrliyinin keçməsi mühüm hadisə olub: "İnanırıq ki, sədrliyimiz dövründə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə ediləcək.
Qəbul edilmiş Qəbələ Bəyanatında üzv ölkələr arasında süni intellektin, yaşıl və rəqəmsal texnologiyaların sənaye strategiyalarına inteqrasiyasının təşviqi xüsusi olaraq vurğulanıb. Bu, Türk dövlətlərinin qarşıdakı illərdə innovasiyaya əsaslanan iqtisadi inkişaf modelinə keçidi baxımından mühüm istiqamətdir".
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər













