Xəzərin suyunun çəkilməsi ilə bağlı PROBLEM - Gəmilərə yük 30% az yüklənir
2003-cü ildən bu günə qədər Xəzər dənizində suyun səviyyəsi 2.7 metr azalıb.
Bunu Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev Far.Az-in sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin azalma tempi 2006-2009-cu illər ərzində ildə təxminən 10 sm, 2009-cu ildən etibarən isə ildə təxminən 20 sm təşkil edib. Ümumilikdə, 2003-cü il ilə müqayisədə dəniz suyunun səviyyəsində 2.7 metr azalma müşahidə edilir.
QSC rəsmisi deyir ki, Xəzər dənizində suyun səviyyəsinin azalması nəticəsində limanlarda dərinlik azalıb ki, bu da gəmilərin tam yüklənməsinə imkan vermir. Nəticədə nəqliyyat vasitələrinə yüklər əvvəlkindən 2 dəfəyə yaxın az yüklənir.
"Belə ki, daşınan yükün növü və daşıma istiqamətindən asılı olaraq, bərə gəmiləri təxminən 40%-ə qədər, tankerlər təxminən 45%-ə qədər, quru yük gəmiləri isə təxminən 30%-ə qədər az yüklənirlər. Bununla əlaqədar, limanlarda mütəmadi olaraq dibdərinləşdirmə işlərinin aparılmasına ehtiyac vardır".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb - EKSKLÜZİV
Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra qazandığı məbləğ məlum oldu
-
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
-
Yatarkən ehtiyatlı olun - Mütləq...
-
Qurban Qurbanov: "Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm"
-
Putin nüvə silahı sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi
-
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...













