Övladına miras qoymayan DÜNYA ULDUZLARI
Bəzi dünya ulduzları kifayət qədər var-dövlətə sahib olsalar da, övladlarına miras qoymayacaqlarını açıqlayıblar. Bu məşhurlar arasında əsasən tanınmış müğənnilər və aktyorlar var.
Bu dəfə BAKU.WS övladlarına miras qoymamağı açıq şəkildə bəyan etmiş və ya faktiki olaraq bunu edən məşhurların adlarını təqdim edir:
Müğənni Stinq açıqlamalarından birində "Övladlarım mənim mirasımın bir qəpiyini də görməyəcəklər" deyərək, bəyan edib.
Müğənni Elton Con miras qoymaq fikrində olmadığını, əksinə sərvətini xeyriyyəyə yönəldəcəyini açıqlayıb.
Aktyor Deniel Kreyq "Miras fikri mənə xoş deyil. Qalan pulumu xeyriyyəyə sərf edəcəm" deyə bildirib.
Jurnalist və siyasətçi Anderson Kuper övladına miras qoymağı planlaşdırmadığını bildirib: "Kollecin ödənişini ödəyəcəm, sonra özü öz pulu ilə yaşasın".
Aparıcı, aşpaz Qordon Ramzi uşaqlarına böyük miras qalmasını istəmir, yalnız 25% mənzil depoziti kimi yardım edəcəyini söyləyib.
Aktyor Hyu Qrant "Uşaqlarıma pul vermək istəmirəm" deyə açıqlama verib. O bunun səbəbini isə açıqlamayıb.
Aktyor Ceki Çan övladına avtomatik olaraq miras qoymayacağını açıqlayıb.
Oxşar xəbərlər
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Türkiyəli məşhurların gəncliyi SÜNİ İNTELLEKTLƏ CANLANDIRILDI
Türkiyəli məşhurların illər ərzindəki dəyişimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













