Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti dayanır
Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniyanın əsasında, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və milli-mənəvi dəyərlərə verdiyi önəm dayanır.
BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, bildirib ki, konstitusiyamızda təsbit olunan vicdan azadlığı və bütün dini etiqadların qanun qarşısında bərabərliyi prinsipləri tolerantlıq modelimizin əsas hüquqi dayağı, xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış fəlsəfəsinin təsdiqidir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, ölkəmizin ən böyük sərvətlərindən biri etnik-dini müxtəlifliyimiz və bu müxtəlifliyin milli həmrəyliyə çevrilməsidir".
"Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır", - deyə R. Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













