Zəngəzur dəhlizinə aparan yolun təmirindən SON GÖRÜNTÜLƏR
Yollar, tunellər çəkilir... Qovşaqlar, keçidlər qurulur... Bura Zəngəzur dəhlizinə aparan yoldur.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Qafqazı logistika qovşağına çevriləcək. Hətta bu layihə daha genişmiqyaslı inteqrasiyanı nəzərdə tutur.
2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduqları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat əlaqələrinin qurulmasına mühüm töhfə verəcək.
Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov bildirib ki, yolun ümumi uzunluğu 123,6 kilometrdir.
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi isə mərhələli şəkildə aparılır. Birinci mərhələsi Horadiz-Yuxarı Mərcanlı-Şükürbəyli-Soltanlını, ikinci mərhələ isə Soltanlı-Qumlaq-Həkəri-Mincivan stansiyalarını əhatə edir. Üçüncü mərhələ üzrə də işlər aktiv şəkildə davam etdirilir.
O da qeyd olunub ki, layihənin yekun tamamlanma tarixi bir sıra texniki və təşkilati amillərdən asılıdır. Bu səbəbdən dəqiq tarix müəyyən edilməyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Zəngəzur dəhlizi: Cənubi Qafqazı qlobal nəqliyyat marşrutlarının qovşağına çevirəcək yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...
-
"Neftçi" klubu 2500 manat cərimələnib
-
2026-cı ildə tək qalmaq təhlükəsində olan bürclər
-
Samir Bağırov "Dön"lə yenidən sənətə döndü
-
Xaricdə işə düzəlmə adı ilə ALDANDILAR
-
"Çelsi" ilə oyunda "Qarabağ"ın hansı oyunçuları zədələnib? - RƏSMİ CAVAB













